İran ABŞ və Böyük Britaniyanı bölgənin qəzəbini sınamaqdan çəkinməyə çağırır - ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Yaxın Şərqin bir sıra ölkələrinə qarşı hərbi əməliyyatlar aparan ABŞ və Böyük Britaniyaya "regionun qəzəbini sınamamaq" barədə xəbərdarlıq edib.

"ABŞ və Böyük Britaniyanın Yəmənə hərbi hücumlarını, ABŞ-ın İraq və Suriyaya təcavüzünü qətiyyətlə pisləyirik. Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə görüşümdə mən açıq şəkildə dedim. Müharibənin davam etdirilməsi həll yolu deyil" - o, deyib. 

O, həmçinin qeyd edib ki, İran rəsmiləri İraq, Suriya, Yəmən və Fələstinin (Qəzza və İordan çayının qərb sahili) təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31