Kreml Ukraynanın Lisiçanska endirdiyi zərbəni vəhşi terror hücumu kimi qiymətləndirib - ÖZƏL

"Ukrayna silahlı qüvvələrinin Lisiçanskda çörək zavoduna endirdiyi zərbə dəhşətli terror aktıdır, məhz xüsusi hərbi əməliyyatın dayandırılması məqsədi daşıyan hücum növüdür".

Olaylar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Bunu "terror hücumundan" başqa bir şey adlandırmaq olmaz, mülki infrastruktura, indiki halda çörək sexinə endirilən zərbələr dəhşətli terror aktıdır və qurbanların sayı bu terror aktının nə qədər dəhşətli olduğunu dəqiq göstərir" - Kreml rəsmisi bildirib.

"Ukrayna qoşunlarının terror hücumlarının gələcəkdə baş verməməsi üçün xüsusi hərbi əməliyyatlar davam edir", - Peskov qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31