Hakan Fidan Maltaya gedəcək

Türkiyə xarici işlər nazir Hakan Fidan 5-6 fevral tarixlərində Maltaya rəsmi səfər edəcək.

Olaylar.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata əsasən, H.Fidan səfəri çərçivəsində Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri İan Borq ilə görüşəcək, həmçinin, Prezident Corc Vella və baş nazir Robert Abela tərəfindən qəbul ediləcək.

Görüşlərdə ikitərəfli münasibətlər, o cümlədən, Türkiyə-Avropa İttifaqı münasibətləri və aktual regional problemlər ətrafında müzakirələr aparılacaq. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31