Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası - VİDEO
5 Fevral 2024 14:45 DünyaTürkiyənin tanınmış müğənnisi, kürd əsilli Mahsun Qırmızıgül əzəli türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub.
Olaylar.az xəbər verir ki, Mahsun Qırmızıgül "Urmiya və əziz gəlinim 2024" adlı video-çarxını kürd dilində yayımlayıb.
O, oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmunu kürd şəhəri adlandırıb.
O öz mahnısında "Urmiya mənim ölkəmdir" (Urmiye velate men) ifadəsini də işlədib.
Qeyd edək ki, mahnı Güneydə kəskin etiraz doğurub. (Kult.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31