Pakistanda silahlılar polis məntəqəsinə hücum etdi - 10 ölü
5 Fevral 2024 10:49 DünyaPakistanın şimal-qərbində silahlıların polis məntəqəsinə hücumu nəticəsində azı 10 nəfər ölüb.
Olaylar.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti polisə istinadən məlumat yayıb.
Bildirilib ki, 6 nəfər yaralanıb. Əyalət polis rəisi bildirib ki, 30-dan çox yaraqlı üç istiqamətdən hücum edib və atışma 2,5 saat davam edib.
Fevralın 8-nə təyin edilmiş Milli Assambleyaya (parlamentin aşağı palatası) və əyalət qanunvericilik orqanlarına seçkilər ərəfəsində gərginliyin artması ilə Pakistanda zorakılıq halları çoxalıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31