Çilidə meşə yanğınları qurbanlarının sayı 112 nəfərə çatıb

Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 112 nəfər ölüb.

Olaylar.az xəbər verir ki, bu barədə bazar günü Məhkəmə Tibbi Ekspertiza Xidməti məlumat yayıb.

Saat 21:00-a (Bakı vaxtı ilə saat 04:00) dair məlumatı təqdim edirik. Bu vaxta qədər 112 nəfərin meyiti Valparaiso məhkəmə-tibb şöbələrinə daxil olub", - deyə məlumatda bildirilir.

Bundan əvvəl 99 nəfərin öldüyü bildirilirdi.

Fevralın 2-də Prezident Qabriel Boric yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Bundan əlavə, yanğınsöndürənlərin sərbəst hərəkətini təmin etmək üçün rayon ərazisində saat 08:00-dan 12:00-dək komendant saatı tətbiq olunub. Səlahiyyətlilərin məlumatına görə, alov 40 min hektardan çox ərazini əhatə edib. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31