Silahlı şəxslər toy kortejinə hücum ediblər

Nigeriyada naməlum silahlı şəxslər toy kortejinə hücum edərək 3 nəfəri öldürüb, daha 55 nəfəri girov götürüblər.

Hadisə şahidlərinin sözlərinə görə, hadisə ölkənin şimalındakı Katsina ştatının Damari kəndi yaxınlığındakı yolda baş verib.

Nigeriyada, xüsusən də bir neçə ekstremist qrupun fəaliyyət göstərdiyi ölkənin şimalında mülki şəxslərə qarşı hücumlar və insanların girov götürülməsi mütəmadi olaraq baş verir.Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31