Tokiodakı restoranda güclü partlayış oldu

Yaponiya paytaxtı Tokioda baş verən güclü partlayış şəhərin ən sıx dairəvi dəmiryol xətlərindən birində qatarların hərəkətinin qismən dayanmasına səbəb olub.

Trend  bildirir ki, partlayış Ota rayonundakı Omori stansiyasının yaxınlığında baş verib.

İlkin məlumata görə, yerli restoranlardan biri yanıb. Yanğın səbəbindən Yamanote dairə xəttinin bir hissəsində və bir neçə digər qolda nəqliyyatın hərəkəti dayandırılıb. Dayanmış qatarlardan ən azı 800 sərnişin təxliyə edilib. Bir nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31