Polşada iki ay əvvəl itən azərbaycanlının meyiti tapıldı
4 Fevral 2024 12:31 DünyaPolşada iki aylıq uşağı ilə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti çaydan tapılıb.Sfera.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.Onun cansız bədəni Oder çayında aşkarlanıb.Körpənin taleyi barədə məlumat yoxdur.
Xatırladaq ki, 29 yaşlı Adilə Mehdiyeva ötən ilin dekabrında 17-də iki aylıq körpəsi ilə birgə Vroslavdakı Sikorsky küçəsindəki mənzilini tərk edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31