Həmas girovlarının azad edilməsi ilə bağlı Rusiya ilə heç bir fikir ayrılığı yoxdur - ÖZƏL
2 Fevral 2024 15:06 Dünyaİsrail və Rusiya regionda və ondan kənarda bəzi məsələlərdə fikir ayrılığına malikdirlər, lakin HƏMAS-ın girovlarının azad edilməsi məsələsində deyil.
Olaylar.az xəbər verir ki, bunu İsrailin Moskvadakı səfiri Simone Halperin deyib.
"İsrail və Rusiya Federasiyası arasında müəyyən fikir ayrılıqları olan bir çox məsələlər var. Biz hazırkı vəziyyətdə regionumuzda hər şeydə razılaşmırıq. Amma bir məsələ, bir missiya var ki, orada heç bir fikir ayrılığı yoxdur. Rusiya və İsrailin bir məqsədi var - bütün girovları azad etmək", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31