Rusiya bankları test rejimində xarici turistlər üçün ödəniş kartlarının buraxılmasına başlayıb - ÖZƏL
2 Fevral 2024 13:58 DünyaRusiya bankları əcnəbilər üçün maliyyə məhsulu yaratmağa başlayıb və test rejimində xarici turistlər üçün ödəniş kartlarını buraxır.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin Çoxtərəfli İqtisadi Əməkdaşlıq və Xüsusi Layihələr Departamentinin direktoru Nikita Kondratyev məlumat verib.
"Biz indi maraqlı banklarla fəal işləyirik. Banklar əcnəbilər üçün maliyyə məhsulu yaratmağa başlayır və artıq turist kartlarının ilk sınaqlarını həyata keçirirlər" - o, deyib.
2023-cü ilin noyabrında Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov 2024-cü ilin əvvəlində Rusiyada xarici turistlər üçün ödəniş kartının istifadəyə verilə biləcəyini açıqladı. Nazir müavini xatırladıb ki, indi əcnəbilər Rusiyada bank kartları ilə ödəniş edə və otel bron edə bilməzlər.