Rusiyada 2024-cü ilin əvvəlinə seçicilərin sayı 112,3 milyon nəfər təşkil edib - ÖZƏL
2 Fevral 2024 12:08 DünyaRusiyada seçicilərin ümumi sayı 2024-cü il yanvarın 1-nə 112,3 milyon nəfər olub.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.
"2024-cü il yanvarın 1-nə Rusiyada seçicilərin sayı 112 milyon 309 min 947 nəfər, xaricdə 1 milyon 890 min 863 nəfər, Baykonur şəhərində 11 924 nəfər müəyyən edilib".
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası dəqiqləşdirib ki, məlumatlar ilk dəfə olaraq Donbass və Novorossiya vilayətlərində yaşayan seçicilər nəzərə alınmaqla təqdim edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31