Beynəlxalq Velosipedçilər İttifaqı 45 rusiyalıya neytral statusda yarışmağa icazə verib - ÖZƏL
2 Fevral 2024 11:49 DünyaBeynəlxalq Velosipedçilər İttifaqı (UCI) səkkiz ay ərzində 71 idmançıya neytral status verib ki, onlardan 45-i rusiyalıdır.
Olaylar.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqı həmçinin dörd rusiyalıya bitərəf status verməkdən imtina edib. Bu qadağa UCI-nin Rusiya və Belarus üçün xüsusi qaydaları qüvvədə olduğu müddətcə qüvvədə qalacaq.
2023-cü ilin may ayında Beynəlxalq Velosipedçilər İttifaqı Rusiya və Belarus idmançılarının Rusiya Federasiyası və ya Belarusiya ilə heç bir əlaqəsi olmayan, beynəlxalq təqvimdə olan tədbirlərdə, o cümlədən Dünya Kuboku, Millətlər Kuboku və Dünya Çempionatlarında neytral fərdi idmançılar kimi iştirakına icazə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31