Mişustin Rusiyanın Bişkekdə baş vermiş qəzadan sonra yardım göstərməyə hazır olduğunu açıqlayıb - ÖZƏL
2 Fevral 2024 11:49 DünyaRusiya Bişkekdəki İES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında Qırğızıstana yardım göstərməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin "Rəqəmsal Almatı 2024" forumunda bildirib.
"Təəssüf ki, bu gün həmkarımız, Qırğızıstanın baş naziri yoldaşımız Bişkekdəki İES-də baş vermiş qəzaya görə forumda iştirak etmir. Ümid edirik ki, vəziyyət yaxın vaxtlarda həll olunacaq. Rusiya, bütün həmkarları kimi, hər zaman bu insidentin aradan qaldırılmasına kömək etməyə hazırdır", - Mişustin bildirib.
Bundan əvvəl Qırğızıstanın baş naziri Akılbek Japarovun qəzaya görə Almatıdan Bişkekə qayıtmağa məcbur olduğu bildirilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31