ABŞ-də bu hüquqi tənzimləmə ləğv ediləcək- ÖZƏL

ABŞ-də sosial media platformalarını məhkəməyə verməkdən qoruyan hüquqi tənzimləmənin dərhal ləğv edilməli olduğunu bildirilib.

Olaylar.az xəbər verir ki, bunu respublikaçı senator Lindsey Qrem deyib.

Sosial mediada zorakılığa məruz qalan uşaqların ailələrinin də izlədiyi iclas keçirilib. Senatın Ədliyyə Komitəsinin sədri Dik Durbin bildirib ki, sosial media tətbiqləri pis niyyətli insanlara uşaqları cinsi istismar etmək üçün güclü yeni vasitələr təqdim edir. 

Daha sonra Snapchat-ın baş direktoru Evan Şpigel, TikTok-un baş direktoru Shou Zi Chew, Meta-nın baş direktoru Mark Zukerberq, X-in baş direktoru Linda Yaccarino və Discord-un baş direktoru Ceyson Citron ifadə verib. Sessiyanın sonunda senator Lindsey Qrem otaqdakı ailələrə işarə edərək, platforma administratorlarının lazımi tədbirləri görməməkdə günahkar olduğunu müdafiə edib. Zukerberqə "Əlləriniz qanlıdır" deyən Qrem, ABŞ-da sosial media platformalarını məhkəməyə verməkdən qoruyan hüquqi tənzimləmənin dərhal ləğv edilməli olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31