ABŞ-də təyyarə qəzaya uğradı - ölənlər var
2 Fevral 2024 10:53 DünyaABŞ-nin Florida ştatının Kliruoter şəhərində "Beechcraft Bonanza V35" təyyarəsi qəzaya uğrayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" yerli yanğınsöndürmə xidmətinin rəhbəri Skott Elersə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, təyyarənin evin üzərinə düşməsi nəticəsində pilot daxil olmaqla, bir neçə nəfər ölüb. O, hadisə nəticəsində ölən və ya yaralanan insanların dəqiq sayını açıqlamayıb.
CNN-nin xəbərinə görə, pilot qəzadan əvvəl təyyarənin mühərrikində nasazlıq olduğu barədə məlumat verib. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31