Paşinyan Qazaxıstana yola düşüb
2 Fevral 2024 10:26 DünyaErmənistanın baş naziri Nikol Paşinyan Qazaxıstana yola düşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Paşinyan Qazaxıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi orqanlarına sədrlik 2024-cü il yanvarın 1-dən Ermənistana keçib. Birliyə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31