“Gürcü Arzusu” Baş nazir postuna namizədini irəli sürdü
1 Fevral 2024 14:35 DünyaGürcüstanın hakim "Gürcü Arzusu" partiyası Baş nazir postuna İrakli Kobaxidzenin namizədliyini təsdiqləyib.
Olaylar.az xəbər verir ki, qərar partiyanın siyasi şurası tərəfindən qəbul edilib.
Partiyanın yeni sədr İrakli Qaribaşvili qurultayda çıxışı zamanı Baş nazir namizədinin İrakli Kobaxidze olacağını bildirib və ona uğurlar arzulayıb. Qurultayda simvolik səsvermə də keçirilib.
Qeyd edək ki, İrakli Kobaxidze hökumətin yeni tərkibini açıqlayacaq. Gələn həftə ölkə parlamenti Baş nazir və hökumətin tərkibini təsdiq edəcək.
Xatırladaq ki, İrakli Qaribaşvili yanvarın 29-da Baş nazir vəzifəsindən istefa verib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31