Avropadan Türkiyə ilə bağlı QADAĞA: 2026-cı ilə qədər...
1 Fevral 2024 13:45 DünyaAvropa Komissiyası Türkiyədən istridiyə və midya kimi ikiqapaqlı molyuskların idxalına qoyulan məhdudiyyətləri uzatmaq qərarına gəlib.
Olaylar.az xəbər verir ki, qərar 2026-cı ilin dekabrına qədər qüvvədə olacaq.
Avropa Komissiyası bu qərarını canlı və soyudulmuş ikiqapaqlı molyuskların saxlanma müddətinin qısa olması ilə əlaqələndirib.
Qərarda bildirilir ki, saxlanma müddətinin qısa olması adıçəkilən dəniz məhsullarının sərhəddə sınaqdan keçirilməsini çətinləşdirir. Bu səbəbdən həmin məhsulların keyfiyyəti pisləşir. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31