ABŞ Yəməndə husilərin PUA-larını vurub
1 Fevral 2024 13:40 DünyaABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə "Ənsar Allah" hərəkatının 10 pilotsuz uçuş aparatını (PUA) vurduğunu təsdiqləyib.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
CENTCOM-un məlumatına görə, PUA-lar ABŞ-nin bölgədəki ticari və hərbi gəmiləri üçün birbaşa təhdid törədib.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ və Böyük Britaniya Yəməndə üsyançı husilər "Ənsar Allah" hərəkatının hədəflərinə növbəti silsilə zərbələr endirib.
Hücuma Qırmızı dənizdə yerləşən Hudeyda liman şəhərinin Əl-Cabban bölgəsi məruz qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31