Hizbullah: Cavabımız düşündüklərindən daha ağır olacaq
1 Fevral 2024 13:33 Dünyaİşğalçılara onların təxəyyül edə bilməyəcəyi cavab verəcəyik.
Olaylar.az xəbər verir ki, bunu Hizbullahın icra şurasının rəhbəri Haşim Səfiuddin Livanın cənubunda İsraillə son qarşıdurma haqda danışarkən deyib.
"Biz Qəzzanı dəstəkləməkdən heç vaxt əl çəkməyəcəyik. Müqavimət ən yüksək hazırlıq səviyyəsindədir, düşmənlərin xəyali təhdidlərinin heç biri baş tutmayacaq. Bu gün müqavimət qüvvələri Livanın cənubunda düşmənə qarşı möhkəm dayanır. Bəzi yeni silahlardan istifadə sionistləri döyüş meydanına daxil olmanın təsir və nəticələri barədə düşünməyə vadar edir", - o bildirib. (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31