Yunanıstanın baş naziri Türkiyəyə rəsmi səfər edəcək

Yunanıstanın baş naziri Kiryakos Miçotakis may ayında Türkiyəyə rəsmi səfər edəcək.

Olaylar.az-ın məlumatına görə, bu barədə yunan mediası məlumat yayıb.

"Türkiyə ilə Yunanıstan arasında 2023-cü ildə imzalanan "Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi" ikitərəfli münasibətləri normallaşma prosesinə salıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə Afina səfəri müqabilində, may ayında Miçotakis Türkiyəyə rəsmi səfər etməyi planlaşdırır",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 dekabr 2023-cü il tarixində Yunanıstana rəsmi səfər edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31