Gürcüstanın baş nazir namizədi bu gün təsdiqlənəcək
1 Fevral 2024 11:16 DünyaBu gün Gürcüstanın hakim "Gürcü arzusu - demokratik Gürcüstan" partiyası öz qurultayında ölkənin baş naziri postuna namizədi irəli sürəcək.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Gürcüstan" yayıb.
Həmçinin qurultayda bir neçə gün əvvəl Baş nazir vəzifəsindən istefa verən İrakli Qaribaşvilinin partiyanın yeni sədri seçiləcəyi gözlənilir.
Hakim partiya baş nazir postuna "Gürcü arzusu - demokratik Gürcüstan"ın hazırkı sədri İrakli Kobaxidzenin namizədliyinin irəli sürüləcəyi barədə yayılan məlumatları təkzib etmir.
Xatırladaq ki, sözügedən dəyişikliklər barədə məlumatı ilk olaraq Gürcüstanın "İmedi" telekanalı yaymışdı. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31