Kosmosda son günlər...

Türkiyənin ilk astronavtı Alper Gezeravcı kosmosda son günlərini yaşayır.

Olaylar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, yanvarın 19-da 36 saatlıq kosmos səyahətinə başlayan Gezeravcının fevralın 2-si Orlando yaxınlığındakı okeana enməsi planlaşdırılır.

Qeyd edək ki, Türkiyənin ilk kosmos sərnişini Alper Gezeravcının da olduğu kosmik gəmi yanvarın 19-u Bakı vaxtı ilə 01:49-da NASA-nın Floridadakı Kennedy Kosmik Mərkəzindən buraxılıb. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31