Ermənistanda işdən çıxarılan nazir müavini saxlanıldı

Ermənistanda ötən gün işdən çıxarılan iqtisadiyyat nazirinin müavini Ani İspiryan saxlanılıb.

Olaylar.az erməni KİV-ə istinadən xəbər verir ki, İspiryanla yanaşı, digər şəxslər də tutulub.

Məlumat hələlik rəsmi təsdiq olunmayıb.

Xatırladaq ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan iqtisadiyyat nazirinin müavini Ani İspiryanın vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31