İstanbulda kilsəyə hücum edənlərin FOTOsu
31 Yanvar 2024 15:27 Dünyaİstanbul Sarıyerdə kilsəyə hücumla əlaqədar nəzarətə alınan 2 təcavüzkarın fotoları paylaşılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Sarıyer bölgəsindəki Santa Maria İtalyan Kilsəsində bir nəfərin öldüyü silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində iki təcavüzkarın fotoları paylaşılıb.
Qanlı hücumdan sonra 51 şübhəli saxlanılıb.
İfadələri alınan 3-ü türk olmaqla ümumilikdə 28 şübhəlinin TEM şöbəsində dindirilməsi davam edir. 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31