Kahramanmaraşda inşa olunan Azərbaycan məhəlləsindən yeni görüntülər

Türkiyənin Kahramanmaraş şəhərində inşa olunan Azərbaycan məhəlləsinin yeni görüntüləri yayılıb.

Olaylar.az bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.

Məlumata görə, ərazidə 1000-i Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməklə 2 mindən çox yaşayış binası və iş yeri inşa olunacaq.

Qeyd olunub ki, ərazidə 3 binanın bünövrəsi qoyulub, 7 binanın bünövrəsinin hazırlığı davam edir.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində ötən ilin fevral ayında baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycanın qardaş ölkəyə göstərdiyi yardıma görə təşəkkür etmək məqsədilə Kahramanmaraşda ümumi uzunluğu 197 kilometr olan Azərbaycan məhəlləsi inşa olunur.

Kahramanmaraşda inşa olunan Azərbaycan məhəlləsindən yeni görüntülər (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31