Tanınmış aktrisa plastik əməliyyat qurbanı oldu
31 Yanvar 2024 13:44 DünyaSon aylar çənə dolgusu və üzünə etdiyi bir neçə kiçik plastik əməliyyatla tənqidlərə məruz qalan aktrisa Dilan Çiçək Dəniz susqunluğunu pozub.
Olaylar.az xəbər verir ki, aktrisa qatıldığı efirlərin birində plastik əməliyyat etdirdiyindən peşman olduğunu deyib:
"Sınamaq istədiyim üçün belə bir addım atdım. Ancaq bu mənim üçün inanılmaz dərəcədə çətin bir proses oldu. 2023-cü il hətta həyatımın ən çətin illərindən biri oldu. Əslində heç düşünmədən bu işə başladım. Təzəlikcə çiyin əməliyyatı keçirdiyim üçün, bədənim estetik əməliyyata inanılmaz reaksiya verdi". (azxeber.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31