İran 28 ölkənin vətəndaşları üçün vizanı birtərəfli ləğv etdi
31 Yanvar 2024 13:17 Dünyaİranda turizm məqsədi ilə bəzi ölkələrin vətəndaşlarının birtərəfli vizadan azad edilməsi ilə bağlı göstəriş verilib.
Olaylar.az İRNA-ya istinadla xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Əli Rza Bigdeli açıqlamasında bildirib.
O, deyib ki, bununla bağlı göstəriş müvafiq qurumlara çatdırılıb.
Bigdeli viza azadlığının Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Özbəkistan, Tunis, Tanzaniya, Yaponiya, İndoneziya, Sinqapur, Braziliya, Serbiya, Bosniya və Herseqovina, Belarus və digər ölkələr də daxil olmaqla 28 ölkəyə tətbiq ediləcəyini bildirib.
İran rəsmisi bəyan edib ki, 28 ölkədən Hindistan vətəndaşları vizaya ehtiyac olmadan hava yolu ilə İrana daxil ola bilərlər və quru sərhədlərindən keçmək üçün isə viza almalı olacaqlar.
Bigdeli, "Buna uyğun olaraq, turizm məqsədi ilə İrana səfər edən bu 28 ölkənin vətəndaşlarının 15 Behman 1402 (4 fevral 2024) tarixindən etibarən İrana səyahət etmək üçün vizaya ehtiyacı olmayacaq", deyə əlavə edib.