Həmas rəsmiləri Misir kəşfiyyatının rəhbəri ilə girov müqaviləsinin təfərrüatlarını müzakirə edəcək - ÖZƏL
31 Yanvar 2024 13:11 DünyaFələstin radikal HƏMAS hərəkatının siyasi bürosunun nümayəndələrindən ibarət nümayəndə heyəti Misir Baş Kəşfiyyat İdarəsinin direktoru Abbas Kamel ilə Parisdə işlənmiş girovlarla bağlı sövdələşmənin təfərrüatlarını müzakirə edəcək.
Olaylar.az xəbər verir ki, Qahirədə keçirilməsi planlaşdırılan danışıqlarda razılaşmanın birinci mərhələsində atəşkəsin müddəti, eləcə də girovların azad edilməsi müqabilində İsrail həbsxanalarından buraxılacaq Həmas yaraqlılarının sayı müzakirə olunacaq.
Bundan əvvəl HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə bildirmişdi ki, hərəkat Parisdəki müzakirələr zamanı hazırlanmış təklifi alıb və hazırda onu öyrənir. Eyni zamanda Haniyə qeyd edib ki, Paris razılaşmasına cavab formalaşdırmaqda HƏMAS üçün prioritet "təcavüzün dərhal dayandırılması" və İsrail qoşunlarının Qəzza zolağından çıxarılması olaraq qalır. Onun sözlərinə görə, hərəkat yalnız bu şərtlərin yerinə yetirilməsini təmin edə biləcək təşəbbüsləri nəzərdən keçirməyə hazırdır.
CNN daha əvvəl mənbəyə istinadən xəbər vermişdi ki, Parisdə Misir, İsrail, Qətər və ABŞ-ın iştirak etdiyi danışıqlarda girovların azad edilməsi üçün ilkin təklif hazırlanıb. Birinci mərhələ hərbi əməliyyatlarda altı həftəlik fasilə tələb edir. Bu müddət ərzində Həmas-ın əlində olan hər bir mülki şəxs İsrail həbsxanalarında saxlanılan üç fələstinli ilə dəyişdiriləcək. Bu nisbət İsrail əsgərlərinin mübadiləsi üçün artırıla bilər.