Venesuela və Türkiyə anlaşma memorandumu imzalayıb
31 Yanvar 2024 11:26 DünyaVenesuela və Türkiyə neft və təbii qaz yataqlarında əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.
Olaylar.az-ın məlumatına görə, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Venesuelanın vitse-prezidenti Delsi Rodriges ilə görüşüb.
İki ölkə arasında enerji əməkdaşlığını daha da gücləndirmək üçün ikitərəfli görüş keçirilib.
İki tərəfin nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra Venesuela və Türkiyə neft və təbii qaz sahələrində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31