Rusiyada ayaqqabı anbarında yanğın olub

Rusiyanın Vladimir vilayətinin Muromtsevo qəsəbəsində ayaqqabı anbarında yanğın olub.

Olaylar.az bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.

Qeyd olunub ki, yanğın təqribən 2,5 min kvadrat metr ərazini əhatə edir. Yanğının söndürülməsi üçün hadisə yerinə 55 yanğınsöndürən və 27 ədəd texnika cəlb olunub. Anbarda çox sayda tez alışa bilən materialların olması yanğının söndürülməsini çətinləşdirir.

Xəsarət alanlar barəsində məlumat daxil olmayıb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31