Rusiyada qəzaya uğrayan təyyarənin qara qutuları oxunub

Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan "İl-76" təyyarəsinin qara qutuları oxunub.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya KİV güc strukturlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, qara qutulardakı məlumatlar təyyarənin qəzaya uğraması ilə bağlı bütün mümkün versiyaları istisna edir və təyyarənin xarici təsirə məruz qaldığını təsdiqləyir.

Bildirilib ki, qara qutuların məlumatlarının oxunuşu davam edir.

"Bu iş başa çatmaq üzrədir, burada heç bir tələsmə yoxdur", - məlumatda deyilir.

Xatırladaq ki, yanvarın 24-də Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. Məlumata görə, qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi mübadilə üçün Belqorod vilayətinə aparılıb. İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31