İsrail HƏMAS-la razılaşma çərçivəsində Qəzza zolağından qoşunlarını çıxara bilər - KİV
30 Yanvar 2024 15:42 Dünyaİsrail HƏMAS-la potensial razılaşma çərçivəsində öz qoşunlarını Qəzza zolağının əsas şəhərlərindən çıxara bilər.
Olaylar.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalının müsahibi Fələstin mənbələrinə istinadən deyib.
Bildirilib ki, HƏMAS və İsrail arasında girovların mübadiləsi üzrə yeni razılaşmanın birinci mərhələsi ilə bağlı razılıq var.
"Potensial razılaşmanın şərtlərinə görə, İsrail öz qoşunlarını Qəzza zolağındakı şəhərlərdən çıxararaq, sərhəd məntəqələrində yerləşdirəcək", - telekanalın müsahibi deyib.
Qeyd edilib ki, razılıq əldə olunacağı təqdirdə HƏMAS hər gün İsrail həbsxanalarında saxlanılan 30 fələstinliyə qarşılıq olaraq bir israilli girovu azad edəcək. Razılaşmanın üçüncü mərhələsində isə HƏMAS-ın girov saxladığı İsrail zabitləri azad ediləcək.