Blinken bu həftə İsrailə səfər edəcək
30 Yanvar 2024 14:25 DünyaABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.
Olaylar.az xəbər verir ki, Blinken bu şənbə günü axşam (3 fevral - red.) İsrailə gələcək.
ABŞ dövlət katibinin bazar ertəsinə qədər (5 fevral -red.) İsraildə olacağı və bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Qeyd edək ki, bu, oktyabrın 7-də müharibənin başlamasından bəri Blinkenin İsrailə altıncı səfəridir. Onun sonuncu səfəri yanvarın 8-də baş tutub. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31