Məşhur aktrisa vəfat etdi
30 Yanvar 2024 13:55 Dünyaİtaliyalı aktrisa Sandra Milo 90 yaşında vəfat edib.
Olaylar.az xəbər verir ki, məşhur kinorejissor Federiko Fellininin muzası adlandırılan aktrisa məşhur "Səkkiz yarım" ("Otto e mezzo", 1963) və "Cülyetta və ruhlar" ("Giulietta degli spiriti", 1965) filmlərində rol alıb. Milo, həmçinin, italyan neorealizminin digər böyük rejissorları ilə, o cümlədən onun qurucusu Roberto Rossellini ilə işləyib.
Ümumilikdə onun 100-dən çox rolu var. O, həyatının son ilinə qədər aktiv qalıb. 2020-ci ildə Milo kinoya verdiyi töhfəyə görə İtaliyada Xarici Mətbuat Assosiasiyası tərəfindən Qızıl Qlobus Mükafatına layiq görülüb. Bir il sonra o, İtaliyanın "David di Donatello" Kino Akademiyası tərəfindən analoji mükafata layiq görülüb. (Oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31