Rusiyanın BRİKS-ə sədrliyi iqtisadi əlaqələrin inkişafına təkan verəcək - ÖZƏL
30 Yanvar 2024 13:18 DünyaBRİKS çərçivəsində iqtisadi əlaqələrin inkişafı Rusiyanın 2024-cü ildə hökumətlərarası qrupa sədrliyinin diqqət mərkəzində olacaq.
Olaylar.az xəbər verir ki, bunu Moskvanın BRICS "şerpası" kimi fəaliyyət göstərən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Əməkdaşlığımızın maliyyə və iqtisadi aspekti də Rusiya sədrliyinin prioritetləri sırasında olacaq ki, bu da BRİKS çərçivəsində ticarət və investisiya mübadiləsinə uzunmüddətli müsbət təsir göstərəcək", - o qeyd edib.
"BRICS liderlərinin Yohannesburqda qəbul etdikləri qərara əsasən, biz sərhədlərarası əməliyyatlarımızda milli və yerli valyutalardan və ödəniş alətlərindən daha aktiv istifadə yollarını araşdıracağıq. Dolların üstünlük təşkil etdiyi hazırkı qlobal iqtisadi sistem və inkişaf etməkdə olan dünyanın beynəlxalq maliyyədəki rolunu necə gücləndirəcəyimizi də öyrənəcəyik", - Ryabkov əlavə edib.
"Biz hesab edirik ki, bu işə güclü siyasi dəstək və böyük diqqət yetirilməlidir", - yüksək rütbəli rusiyalı diplomat vurğulayıb.