İstehlakı təşviq dünyanın məhvinə səbəb ola bilərmi?- ÖZƏL

"2023-cü ildə Çində iqtisadi artım 4.6%, orta illik inflyasiya isə 0.2% təşkil etmişdir. Ekspetlər Çin iqtisadiyyatının daha sürətlə artımını gözləyirdilər, çünki pandemiyadan sonra Çin öz iqtisadiyyatındakı məhdudiyyətləri sürətlə və geniş şəkildə aradan qaldırmağa başladı. Amma əksinə, Çində iqtisadi artım daha zəif oldu (ABŞ-da iqtisadi artım 6.3% oldu), əmlak bazarlarında qiymətlər düşdü, ixrac azaldı, gənclər arasında işsizlil artdı, iqtisadi subyektlər isə həddindəm çox borcla yükləndilər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki,  proqnozlara görə 2024-cü ildə Çinin iqtisadi artımı 4.5%-dən də az olacaq: "Bu isə həm Çin, həm də dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Bunun qarşısını almaq üçün, hökumət istehlakı təşfiq etmək, fəalliğı artırmaq istəyir. Elə bu səbədən də Çin hökuməti ölkədə 2024-cü ili "istehlakın təşviqi ili" elan etdi. Dünyada yaşıl iqtisadçılar isə istehlakı təşfiq etməyin ətraf mühitin və dünyanın məhvinə səbəb olacağını iddia edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31