Pakistanın cənub-qərbində terrorçuların hücumları dəf edilib - KİV

Pakistanın təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqinə üç terror hücumunu dəf edib.

Olaylar.az xəbər verir ki, bu barədə Pakistan KİV-i məlumat yayıb.

Məlumata görə, "Bəlucistan Azadlıq Ordusu" silahlı qruplaşması Maç şəhərini reaktiv mərmi və minomyotla atəşə tutub, daha sonra dəmir yolu vağzalına, polis düşərgəsinə və şəhər həbsxanasına hücum edib və oradakı 800 məhbusu, o cümlədən edam cəzasına məhkum olunmuş terrorçuları azad etməyə çalışıb.

Şəhərə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub və 3 saat davam edən silahlı qarşıdurma nəticəsində hücumlar dəf edilib.

İlkin məlumatlara görə, hadisə nəticəsində bir polis əməkdaşı və bir dinc sakin ölüb. Şəhərdə fövqəladə vəziyyət elan olunub. Təhlükəsizlik qüvvələri döyüşçülərə qarşı əməliyyatı davam etdirir. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31