Yaponiyanın baş naziri Kişida Tokionun Moskva ilə sülh bağlamağa hazır olduğunu açıqlayıb - ÖZƏL
30 Yanvar 2024 12:11 DünyaOlaylar.az xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişida parlamentin aşağı palatasının keçirilən plenar iclasında Tokionun Moskva ilə sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan edib. Eyni zamanda, Yaponiya tərəfi anti-Rusiya sanksiyaları siyasətinə sadiq qalmağa davam edəcək.
"Yaponiya-Rusiya münasibətlərində vəziyyət çətindir, lakin Yaponiya ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş kursa qətiyyətlə sadiqdir", - hökumət başçısı bildirib.
Bununla belə Kişida əlavə edib ki, Yaponiya Rusiyaya qarşı sanksiyaları fəal şəkildə təşviq etməkdə davam edəcək, həmçinin Ukraynanı dəstəkləyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31