20 il ərzində Rusiya regionlarında əhalinin azalması və artımı proqnozlaşdırılıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyada 2045-ci ilə qədər, o cümlədən, Moskva və Moskva vilayəti regionlar arasında əhalinin təbii azalmasının mütləq göstəricisinə görə lider olacaq.

Proqnozlara görə, yaxın 20 ildə Moskvada əhalinin təbii azalması hər dövr üçün 696 min nəfər və ya orta hesabla ildə 31,6 min nəfər təşkil edəcək. Siyahıda növbəti yerdə itkilərin 610,2 min nəfər olacağı Moskva vilayətidir. Bu göstərici üzrə ilk beşliyə həmçinin Rostov vilayəti (523,2 min), Sankt-Peterburq (466,4 min) və Krasnodar diyarı (462,6 min) daxil olub.
2046-cı ilə qədər əhalinin təbii artımının mütləq göstəricilərinə görə lider Çeçenistan olacaq, burada artım bütün dövr ərzində 601,4 min nəfər və ya orta hesabla ildə 27,3 min nəfər olacaq. Bu göstərici üzrə liderlər də Dağıstan (509,6 min), Tümen vilayəti (223,3 min), İnquşetiya (131,9 min), Yakutiya (84 min) olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31