Rusiya aktivlərinin Ukraynaya verilməsi ABŞ-ın dağılmasına səbəb olacaq - ÖZƏL

Rusiya aktivlərinin Ukraynaya verilməsi ABŞ-ın iqtisadi çöküşünə səbəb olacaq. Olaylar.az xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor bildirib.
"Əgər ABŞ Rusiyanın 300 milyard dollarlıq aktivlərini qanunsuz olaraq müsadirə edib Ukrayna hökumətinə ötürsə, Hindistan, Çin və digər ölkələr Amerika istiqrazlarını ucuz qiymətə satmağa başlayacaq" - o, deyib.

Makqreqor xatırladıb ki, Birləşmiş Ştatlar yüz illərdir milli güc qurur. Polkovnik yekunlaşdırıb ki, Vaşinqtonun bu cür anti-Rusiya addımı ölkəni qlobal maliyyə sistemindən məhrum edəcək və iqtisadiyyatı sarsıdacaq.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, ABŞ administrasiyası avropalılara təzyiq göstərməyə çalışır ki, onlar Rusiya aktivlərini ələ keçirməyə qərar versinlər. O, ABŞ-ın Avropanı gələcəkdə qaçılmaz itkilərə, cərimələrə və hüquqi nəticələrə gətirib çıxaracaq qeyri-qanuni hərəkətlərə sövq etməyə çalışdığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31