Avropa İttifaqı Ukraynadakı münaqişəni dəstəkləməklə özünü dalana aparır - ÖZƏL

"Avropa İttifaqı Ukraynadakı münaqişəni dəstəkləməklə özünü dalana dirəyir".
Olaylar.az xəbər verir ki, bunu Krım parlamentinin sədri Vladimir Konstantinov bildirib.

Daha əvvəl Aİ diplomatiyasının rəhbəri Josep Borrell etiraf etmişdi ki, Ukrayna münaqişə zonasında hərbi əməliyyatlar yalnız artmaqdadır və Avropa İttifaqı tunelin sonunda işığı görmür.
"Ukrayna tunelinin heç bir yerə aparmadığı aydın olur. Əgər belədirsə, deməli bu, tunel deyil, Avropa İttifaqının özünün sürüklədiyi qeyri-adi dalana dirənişdir", - Konstantinov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31