Türkiyədə balıqçı qayığı batdı - 3 ölü, 5 yaralı
30 Yanvar 2024 10:00 DünyaTürkiyənin İzmir şəhərinin sahillərində içərisində balıqçıların olduğu qayıq batıb.
Olaylar.az xəbər verir ki, İzmirin Dikili bölgəsində baş verən hadisə nəticəsində həlak olan 3 nəfərin cəsədi tapılıb.
Qayıqda ümumilikdə 10 nəfərin olduğu bildirilir. Hazırda 2 nəfərin axtarışları davam etdirilir. Digər 5 nəfər isə yaralı olaraq xilas olub.
Sahil mühafizə xidməti hadisə yerinə 3 kater və helikopter göndərib. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31