ABŞ-də süni intellekt şirkətləri bu nəticələri hökumətə bildirməyə başlayacaq- ÖZƏL

ABŞ-də prezident Co Bayden administrasiyası süni intellekt şirkətlərindən təhlükəsizlik testlərinin nəticələrini hökumətə bildirmələrini tələb edən yeni təcrübə tətbiq etməyə hazırlaşır.

Olaylar.az xəbər verir ki, Ağ Evin Süni İntellekt Şurası, Baydenin 3 ay əvvəl süni intellektdən yaranan risklərin qarşısının alınması ilə bağlı imzaladığı fərman çərçivəsində edilən dəyişiklikləri qiymətləndirmək üçün toplanacaq.

Ağ Evin süni intellekt üzrə xüsusi müşaviri Ben Buçanan öz açıqlamasında bildirib ki, hökumət süni intellekt sistemləri ictimaiyyətə təqdim edilməzdən əvvəl onların təhlükəsiz olub-olmadığını öyrənmək istəyir. Bayden şirkətlərin bu qaydaya əməl etməli olduqlarını açıq şəkildə ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31