Türkiyədə təyyarəni ildırım vurdu

İstanbul-Antalya reysi ilə uçan Türk Hava Yollarına məxsus təyyarəni ildırım vurub.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında İstanbul Hava Limanından qalxan təyyarəni qısa müddət sonra ildırım vurub. Pilot təkrar hava limanına geri dönərək eniş həyata keçirib.

Təyyarə texniki heyət tərəfindən yoxlanışa götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31