İndiyə qədər üzən ən böyük gəmi- ÖZƏL
29 Yanvar 2024 15:40 DünyaOlaylar.az xəbər verir ki, uzunluğu 360 metr olan dünyanın ən böyük kruiz gəmisi "Icon Of The Seas" ilk səyahətinə ABŞ-ın Mayami şəhərindən yola düşüb.
Titanikdən 5 dəfə böyük olan gəmi Parisin simvolu Eyfel qülləsindən hündürdür. Finlandiyada 900 gündə inşa edilən gəminin 20 göyərtəsi, 7 üzgüçülük hovuzu, süni gölü, 16,7 metrlik şəlaləsi, 6 su sürüşməsi, dönmə çarxı, 40-dan çox restoran və barı var. Royal Caribbean-a 2 milyard dollara başa gələn gəminin Karib dənizində 7 günlük turu üçün ilk səfərində 7600 sərnişin üçün 2350 heyət üzvü var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31