İstanbulda yeni metro xətti istifadəyə verilib
29 Yanvar 2024 15:03 Dünyaİstanbulda "Gayrettepe-Kağıthane Metro Xətti" bu gün istifadəyə verilib.
Olaylar.az türk KİV-lərinə istinadən xəbər verir ki, xəttin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Qeyd edilib ki, tamamlanan hissə ilə xəttin uzunluğu 37 kilometr yarıma qədər artacaq. Taksim ilə İstanbul Hava Limanı arasındakı məsafə 41 dəqiqə olacaq. İstanbul Hava Limanı metrosu Metrobüs və Yenikapı-Taksim-Hacıosman Metro Xətti ilə birləşəcək.
Layihə ilə Gayrettepe ilə İstanbul Hava Limanı arasında səyahət müddəti 30 dəqiqəyə enəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31