Gözlər ABŞ-da : Qisas nə zaman alınacaq?
29 Yanvar 2024 14:40 Dünyaİordaniya-Suriya sərhədində pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində 3 ABŞ əsgəri ölüb, 40-a yaxın hərbçi isə yaralanıb. Bu Amerika Birləşmiş Ştatları və region ölkələrinin ən çox qorxduqları və ehtiyat etdikləri hadisə idi. ABŞ uzun müddət onun regionda mövcud olan qüvvələrinə qarşı mütəmadi hücumlar təşkil edən qruplara və xüsusən də İrana qarşı ciddi tədbir görməməsinin elə bununla əsaslandırırdı ki, ABŞ əsgərləri arasında həyatını itirən ytoxdur. Əgər Amerika əsgəri həyatını itirərsə Pentoqon çox ciddi tədbir görəcək. Bu baş verdi. Amerikanın 3 əsgəri həyatını itirdi və 49 yaxın hərbçi ciddi xəsarət aldı. Xəsarət alanlar içində ağır vəziyyətdə olanlar barədə də xəbərlər verilməkdədir. ABŞ-da bu hücumun da İranın yardım etdiyi Suriyadak və İraqdakı qruplar tərəfindən həyata keçirilməsi ilə bağlı heç bir şübhə yoxdur. ABŞ Prezidenti Bayden bu hücumda əli olanların ciddi cəzalandırılacaqlarını bildirib: "Əmin ola bilərsiniz ki, günahkar şəxsləri münasib hesab etdiyimiz zaman və müvafiq qaydada məsuliyyətə cəlb edəcəyik". Amma Amerika xalqı və həlak olmuş, yaralanmış hərbçilərin valideynlərinin istəyi isə bu deyil. Onlar cinayətkarların ciddi şəkildə cəzlandırılmasını istəyirlər. Amerikanın bu hücuma cavabı, yəni qisqs əməliyyatı əsgərlərinin sonrakı taleyini də həll edəcək. O İraq və Suriyada yerləşən ABŞ-a qarşı fəaliyyət göstərən silahlı birləşmələrə qarşı layiqli cavab versə növbəti hücumalrın və itkilərin qarşısını ala biləcək. Əks təqdirdə bu hücum və təlafat Amerika hərbçiləri arasında itkilərin başlanğıcı ola bilər. Baydenin bəyanatı isə sıradan bir bəyanat təsiri bağışlayır. Sanki ona 3 Amerika əsgərinin həyatını itirməsi barədə məlumat verməyiblər.
İran isə Həmas, Hizbullah, Haşdi-Şabi, Husi kimi qrupların həyata keçirdikləri hücumlar zamanı olduğu kimi bu hücumun da arxasında olması barədə irəli sürülən iddiaları təkzib etməkdə davam edir. Başqa gözlənti də yox idi və İranın hücumda əli olduğunu sübut etrməyin mümkün olmayacağını hamı başa düşür. İranı günahlandıranlar onun qeyd etdiyimiz qruplardan proksi qüvvələr kimi istifadə etməsini əsas gətirir və İslam ölkəsinin bu hərbi birləşmələrə dəstək verməsindən danışırlar. İran isə bu və ya digərt əməliyyatda onun əlinin olmaması barədə bəyanatlar səsləndirir.
İndi hərbi ekspertlər və siyasətçiləri düşündürən əsas məsələ Amerikanın həlak olmuş hərbçilərinin qisasını kimdən və hansı yolla alacağıdır. Hadisədən həmən sonra ABŞ-dakı bəzi siyasətçilərin hücumda İranın birbaşa əlinin olmamasını qapartmamaları Bu ölkənin cəzalandırılması barədə ciddi qərar qəbul edilmədiyini xəbər verir. Amerika tərəddüd edir və İrana hücumun çox acınacaqlı nəticələr verəcəyinin fərqindədir. Digər tərəfdən, İran layiqli cavabını almasa qarşıda daha böyük itkilərin olacağı istisnasızdır. Bəlkə bu hücumları əldə əsas gətirən Pentoqon yaxın illərdə İraq və Suriyadan çıxmaq üçün zəmin hazırlayır?
Hər halda indi Amerikanın dilemma qarşısında olduğunu düşünmək daha məntiqlidir.
Əlimusa İbrahimov
Politoloq