Kim donanma komandirləri ilə nüvə sualtı qayıqlarının tikintisini müzakirə edib — ÖZƏL
29 Yanvar 2024 12:56 DünyaOlaylar.az xəbər verir ki, Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi dəniz qüvvələri komandirləri ilə nüvə sualtı qayığı və digər müasir gəmilərin tikintisi ilə bağlı məsələləri müzakirə edib .
"Yoldaş Kim Çen In nüvə sualtı qayığının tikintisinin vəziyyəti ilə ətraflı tanış olub, nüvə sualtı qayığının və digər qabaqcıl gəmilərin tikintisi ilə bağlı məsələləri müzakirə edib", - xəbər agentliyi bildirib.
Kim Koreya Xalq Demokratik Respublikasının (KXDR) donanmasının nüvə silahı ilə təchiz edilməsinin "zəmanənin aktual vəzifəsi və strateji nüvə qüvvələrinin yaradılması üçün əsas tələb" olduğunu qeyd edib. O, sualtı qayıqdan iki yeni "Pulhvasal-3-31" qanadlı raketinin uğurla sınaqdan çıxarılmasından sonra dəniz komandanlığı ilə görüşüb.
2023-cü ilin martında KXDR nüvə yükünü imitasiya edən prototip döyüş başlıqları olan "Hvasal-1" və "Hvasal-2" strateji qanadlı raketlərini sınaqdan keçirib. Onların Hvasan-31 taktiki nüvə başlığını daşımağa qadir olduqları güman edilir. Cənubi Koreyanın Yonhap xəbər agentliyi "Pulhvasal-3-31" adındakı 31 rəqəminin bu xüsusi döyüş başlığının quraşdırılmasının mümkünlüyünə işarə etdiyini istisna etmir.
Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Şimali Koreya yanvarın 24-də yeni "Pulhvasal-3-31" strateji qanadlı raketinin ilk sınağını keçirib.Ballistik raketlərdən fərqli olaraq belə raketlərin buraxılması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması hesab edilmir.